Hekayə müsabiqəsinə təqdim edilən yazılar Azərbaycan dilində yazılmalı, həcmi 1500 sözdən çox olmamalı, yeni olmalı, əvvəllər çap və ya elektron şəkildə yayılmamalıdır. Müəllifin adı, soyadı, əlaqə məlumatı ilə birgə növbəti il fevralın 1-dək elektron şəkildə edibinevi@gmail.com ünvanına göndərilməlidir. Hekayə mövzusu sərbəstdir.
Qeyd edək ki, müsabiqəyə 2026-cü il aprelin sonunda yekun vurulacaq. I yer üçün 3000 manat, II yer 2000 manat, III yer üçün 1000 manat nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, ilk dəfə 2017-ci ildə elan edilən Mir Cəlal adına hekayə müsabiqəsinə bu günədək iki mindən çox hekayə təqdim olunub. Müsabiqə Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olan “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən keçirilir.
Mina RƏŞİD