Azərbaycanın Litvadakı Səfirliyinin yaydığı məlumata görə, konsertdə Azərbaycanın Əməkdar artistləri – tanınmış tarzən Sahib Paşazadə və nağara ifaçısı Kamran Kərimov çıxış ediblər. Proqramda muğam musiqisindən parçalar ifa olunub. Azərbaycanlı ifaçılara litvalı musiqiçilər – Çiurlonis kvarteti və kontrabas ifaçısı Donatas Baqurskas da qoşulub.
Qeyd edək ki, festival Şalçininkay rayonunun Mədəniyyət Mərkəzi və Litva Milli Filarmoniyasının təşkilatçılığı, Şalçininkay Bələdiyyəsi və Litva Mədəniyyət Şurasının maliyyə, TVP Vilnüs televiziya kanalı və “Vilnüs çayı sahilində” radiosunun informasiya dəstəyi ilə keçirilib.
Hazırladı: Mina RƏŞİD