Kitabxanadan bildirilib ki, kitabxananın rəsmi saytında yerləşdirilən https://www.ryl.az/funds/daycest materiallarda Əhməd Qurbanoğlunun “Artilleriya allahı”nın Port-Artur əfsanəsi Əliağa Şıxliniski-160: Unutsaq unudularıq” adlı məqaləsinin “Şıxlinski soyadı haradan qaynaqlanır?”, “Port-Arturda çəkdiyiniz yetər”, “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” və fransız polkovnikin dedikləri”, “Ordu xalqın istinadgahıdır” kimi başlıqları altında Əliağa Şıxlinskinin həyat və fəaliyyətinin çox maraqlı, tarixi əhəmiyyətli aspeklərinə işıq salınır, görkəmli generalın parlaq artilleriya bilicisi, yaxşı təşkilatçı, bacarıqlı müəllim olması diqqətə çatdırılır.
Materiallarda görkəmli şəxsiyyətlərin general haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlərin tam mətni, Əliağa Şıxlinskinin artilleriya sənətinin inkişafına verdiyi töhfələr, layiq görüldüyü orden və medallar haqqında məlumatlar təqdim edilir.
Daycestdə Əliağa Şıxlinski haqqında 2009-2025-ci illərdə dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə biblioqrafik təsviri və annotasiyası daxil olmaqla sərgilənir. Bundan əlavə kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterialda generalın həyat və fəaliyyətini əks etdirən fotolar, nadir videogörüntülər, Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuar olan və generalın şəxsi diktəsi ilə yazılan “Xatirələrim” kitabı haqqında məlumatlar yer alır.
“Artilleriya generalı – Əliağa Şıxlinski – 160” adlı videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/eliaga-sixlinski-160 yerləşdirilib. (AZƏRTAC)