22.02.2025, 07:50
AZ EN
21.02.2025, 10:38 212

Gənclər Kitabxanasında Beynəlxalq Ana Dili Günü münasibətilə silsilə materiallar hazırlanıb

XƏBƏRLƏR
  • Respublika Gənclər Kitabxanasında 21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə biblioqrafik icmal, ənənəvi və virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan bildirilib ki, materiallarda əlamətdar günün yaranma tarixindən, ölkəmizdə keçdiyi inkişaf mərhələsindən ətraflı bəhs edilir.

Virtual sərgidə Ana dili sahəsində Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin müdrik siyasətinə dair fikirlər, bu sahədə imzalanan qanun və sərəncamlar haqqında məlumatlar öz əksini tapıb. Materiallarda akademik Nizami Cəfərovun “Dilin tarixi” məqaləsinin tam mətni, görkəmli şəxslərin dəyərli fikirləri, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, “Heydər Əliyevin dil siyasəti”, “Qədim türk yazılı abidələrinin dili”, “Dildən dilçiliyə”, “Dilimiz, düşüncəmiz”, “Müasir Azərbaycan dilinin üslubiyyatı”, “Tarixi yaddaş milli dil güzgüsündə”, “Azərbaycanşünaslıq məsələləri” kimi 30-dan çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövri mətbuat nümunələrinin siyahısı yer alıb.

Materiallarla kitabxananın rəsmi saytından tanış olmaq mümkündür.

Hazırladı: Günel

Oxşar xəbərlər