Milli Kitabxanada keçirilən tədbir Azərbaycanın Türkiyədəki səfirliyi və səfirliyin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Səfir Rəşad Məmmədov kitabın Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynayan Şirvanşahlar dövlətinin Türkiyədə də tanıdılmasında önəmli bir addım olduğunu bildirib.
Kitabı nəşr edən “İrs” nəşriyyat evinin Baş redaktoru Musa Mərcanlı çıxışında Azərbaycan tarixi və mədəniyyətinin Türkiyədə tanıdılması layihələrinin davamlı olacağını deyib.
Tədbirin panel hissəsində Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, tarixçi alim Toğrul İsmayıl çıxış edərək ilk türk müsəlman dövləti olan Şirvanşahların yaranmasından, onun Azərbaycan tarixindəki rolundan və hazırda ölkəmizdə Şirvanşahlar dövlətinin izləri haqqında danışıb.
Qazi Universitetinin professoru Mehmet Ali Çakmak çıxışında Şirvanşahlar dövlətinin türk-islam dünyasındakı yerinə və təqdim olunan kitabın akademik perspektivinə toxunub.
Hacı Bayram Vəli Universitetinin tarix fakültəsinin dosenti Alper Alp Şirvanşahlar dövlətinin Anadoluda yaranmış dövlətlərlə əlaqələrindən danışıb. (Report)