22.11.2024, 15:42
AZ EN
02.09.2022, 15:35 384

“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Təbrizli məhəlləsi

XƏBƏRLƏR
  • “Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.

Layihə çərçivəsində təqdimatlardan biri Şuşa şəhərinin 17 məhəlləsindən biri olan Təbrizli məhəlləsinə həsr edilib.

Yüz illərdən bəri Qarabağın qəlbi sayılan Şuşanın özəlliklərindən biri də şəhərin tarixi ayrı-ayrı məhəllələrdən ibarət olmasıdır. Şuşa şəhəri yarandığı vaxtdan etibarən yeni-yeni məhəllələrlə genişlənməyə başlayıb. Bu formalaşma XIX yüz ili əhatə edən üçüncü mərhələ ilə başa çatıb. Bu tarixdə şəhərin dağlıq qərb hissəsində yeni 17 məhəllə salınmışdı.

Pənahəli xanın hakimiyyət dövründə Şuşanın ilk böyük və qədim məhəlləsi olan Təbriz məhəlləsində əhalinin çox hissəsini Təbriz və Ərdəbildən Bayat qalasına köçürülmüş sənətkarlar təşkil edirdi. Qarabağın bir çox şairləri də bu məhəllənin sakinləridir. Həmin şairlərdən Ağa Hüseyn Arif, Abdulla Canızadə, Süleyman Faxir, Əbdül Şahin, Mirzə Nəcəfqulu Şəms-Zakir, Fərruxi və başqalarının adını çəkə bilərik. Təbrizli məhəlləsinin sakinləri Qarabağ mədəniyyətinə təkan verdilər.

Təbrizli məhəlləsinin sakini, iki dünyəvi məktəbdə müəllim olan Əbdüləli Muxtarovun Azərbaycanda maarifçiliyin yaranmasında böyük rolu var.

Bu məhəllənin bünövrəsi qoyulana qədər Qarabağda Xudadad adı yox idi. Qarabağa bu adı Təbrizdən gətirilib. Ad daşıyıcılardan biri Xudadad xan Dünbili Təbrizin hakimi olmuşdu. Məhəllə sakinlərindən biri bu adı öz oğluna qoymuşdu. Şuşa şəhərinin digər məhəllələrində tanınmış birisini çağıranda adının sonuna, Təbrizli məhəlləsində isə önünə ağa sözü əlavə edilirdi.

Ümumiyyətlə, Şuşanın başqa məhəllələri kimi, Təbrizli məhəlləsi də şəhərin tarixinin ayrılmaz hissəsini təşkil edir. (AZƏRTAC)

Oxşar xəbərlər