22.11.2024, 12:14
AZ EN
04.11.2024, 11:24 239

Qarabağ müharibəsindən bəhs edən “Allaha Salam” filminin premyerası keçirilib

XƏBƏRLƏR
  • Qarabağ müharibəsi iştirakçısının şanlı zəfərimizdən öncəki və sonrakı həyatını onun xatirələrini və yaşantılarını əks etdirən “Allaha Salam”  filmi geniş ictimaiyyətə təqdim olunub.

“Allaha Salam” - Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edən film məhz belə adlanır. Nizami kinoteatrın mərkəzində geniş ictimaiyyətə təqdim olunan ekran əsərinin bədii rəhbəri xalq artisti Oqtay Mirqasımov, ssenari müəllifi və rejissoru Xəyal Rzadır.

44 günlük Vətən müharibəsində qazandığımız  şanlı qələbəmizə həsr olunan “Allaha Salam” filmində xalq artisti tanınmış aktyor Məmməd Səfayla yanaşı Məhəmməd Məmmədov və Zeynəb Kəngərli də rol alıblar.

Xalq atristi Məmməd Səfa bildirib ki, film ağır filmdir .Bir qazinın həyatından bəhs edir. İstəməzdim ki, bizim qazilərimiz hansısa belə bir ağır taleyi yaşamış olsunlar. Çünki onlar ən yaxşılarına, ən gözəllərinə layiqdirlər və inanıram ki, elə də olacaq. Allah Şəhidlərimizə rəhmət eləsin.

Filmin rejissoru Xəyal Rza isə bildirib ki, çox təsirli bir filmdir çünki söhbət iki ayağını Birinci Qarabağ müharibəsində itirmiş bir qazinin kədərli həyatından gedir, amma onu yenidən həyata bağlayan bu zəfər xəbəridir.

O bildirib ki, bundan başqa filmdə həm də subliminal mesaj verilir. Bu mesaj mənim anlamımda belədir ki, əslində qazi Azərbaycandır, qazinin itirilmiş, basdırılmış ayağı işğalda olan torpaqlar idi.və nəhayət ki, bu zəfər xəbərindən sonra qazi öz ayaqları ilə özünü birləsdirməklə Azərbaycan bütövləşir.

24 dəqiqəlik ekran əsərinin çəkilişləri Şamaxı və Şabran rayonlarında aparılıb.

GÜNEL

Oxşar xəbərlər