22.11.2024, 01:20
AZ EN
01.11.2024, 10:53 233

Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə - təbiətin ecazkar nağılı” adlı sərgi açılacaq

XƏBƏRLƏR
  • Noyabrın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində müasir mənzərə rəngkarlığımızın görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illik yubileyinə həsr olunmuş “Səttar Bəhlulzadə - təbiətin ecazkar nağılı” adlı sərgi açılacaq.

Mədəniyyət Nazirliyindən bildirilib ki, ölkəmizin ev sahibliyi edəcəyi mühüm beynəlxalq tədbir - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində açılacaq sərgi Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Sərgidə dahi sənətkarın Azərbaycan təbiətini, özünəməxsus koloritini, harmoniyasını, solmayan gözəlliyini əks etdirən 40-dan çox rəngkarlıq tablosu, eləcə də qrafik lövhələri maraqlı konsepsiya əsasında nümayiş olunacaq.

Sərgi 2025-ci il yanvarın 31-dək davam edəcək. (AZƏRTAC)

Oxşar xəbərlər