22.11.2024, 15:18
AZ EN
30.10.2024, 12:39 276

Bu gün yazıçı-ssenarist Əli Əmirlinin doğum günüdür

XƏBƏRLƏR
  • Bu n yazıçısı, dramaturq, Əməkdar incəsənət xadimi, professor Əli Əmirlinin doğum günüdür. O, 1948-ci il oktyabrın 30-da Ağdam rayonunun Novruzlu kəndində anadan olub. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirəndən sonra Bakıda Elektrik maşınqayırma zavodunda fəhlə işləyib, eyni zamanda BDU-nun fılologiya fakültəsinin axşam şöbəsində təhsil alıb. Bu dövrdə zavodun çoxtirajlı "Elektrik" qəzetində kiçik oçerk və hekayələrlə çıxış edib. "Qızıl Şərq" mətbəəsində korrektor vəzifəsində çalışıb.

Ə.Əmirli "Azərbaycan" jurnalında çıxan "İrs", “Görüş", “Qağayı" adlı hekayələri ilə ədəbi aləmdə tanınmağa başlayıb. Onun "Meydan" romanı da "Azərbaycan" jurnalında dərc olunub. Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki-İqtisadi Tədqiqatlar İnstitutunda ədəbi işçi olub, hərbi xidmətdən sonra həmin institutda redaksiya-nəşriyyat şöbəsinin müdiri vəzifəsində çalışmağa başlayıb. Onun "Ərizə", Meydan", “Cəza", “Bala bəla sözündəndir?", “Ağqoyunlular və qaraqoyunlular", “Onun iki qabırğası", "Yeddi məhbusə", “İtkin ər", “Səhnədə məhəbbət", “Varlı qadın", “Mesenat" və s. pyesləri 1990-2003-cü illərdə Bakı teatr səhnələrində tamaşaya qoyulub.

Əli Əmirli hekayə, povest və romanlardan ibarət kitabların müəllifidir. 2006-cı ildə "15 pyes" adlı kitabı nəşr edilib. 2000-ci ildə ədəbi uğurlarına görə "Humay İlahəsi" mükafatına layiq görülüb.

Professor Əli Əmirli 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Teatr xadimləri ittifaqının üzvüdür. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiridir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər