22.11.2024, 15:13
AZ EN
04.10.2024, 11:51 256

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə sərgi açılıb

XƏBƏRLƏR
  • Oktyabrın 4-ü Azərbaycanın ən yeni tarixində təqvimə düşən şanlı günlərdən biri – xalqımızın şərəf və ləyaqət salnaməsi olan Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gündür. Bu tarixi gün münasibətilə Milli Kitabxanada “4 Oktyabr - Cəbrayıl Şəhəri Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim edilib.

Kitabxanadan bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Cəbrayıl şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında, Vətən müharibəsi və böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Cebrayil/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

Ənənəvi kitab sərgisində Cəbrayıl şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı Qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən ədəbiyyatlar Azərbaycan və digər dillərdə nümayiş olunur.

Ənənəvi sərgi bir həftə davam edəcək. (AZƏRTAC)

Oxşar xəbərlər