08.09.2024, 04:40
AZ EN
04.07.2024, 13:11 191

“Bülbül vokal məktəbi” yeni tədris ili üçün tələbə qəbulu elan edib

XƏBƏRLƏR
  • Xalq artisti, Dövlət mükafatı laureatı Bülbülün miras qoyduğu sənət ənənələrini daşıyan “Bülbül vokal məktəbi” yeni tədris ili üçün tələbə qəbulu elan edib.

1-20 iyul tarixlərində müsabiqədə iştirak etmək istəyən 10-35 yaş aralığında iştirakçıların CV-ləri qəbul olunacaq, ifaları dinləniləcək. Birinci mərhələni keçən iştirakçıların 20-25 avqust tarixlərində dinlənilməsi aparılacaq.

Qeyd edək ki, Əməkdar artist, Bülbül sənət məktəbinin davamçısı Ramil Qasımovun yaratdığı, Azərbaycanda ilk dəfə ödənişsiz vokal dərslərinin keçirildiyi məktəb artıq bir ildir fəaliyyət göstərir.

Mina RƏŞİD

Oxşar xəbərlər