08.09.2024, 07:46
AZ EN
29.06.2024, 14:39 237

İyulun 10-da “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçiriləcək

XƏBƏRLƏR
  • İyulun 10-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçiriləcək.

Artıq üçüncü dəfə təşkil olunacaq konsertdə Xalq artisti Ənvər Sadıqov, Əməkdar artist Emil Əfrasiyab, “Qaytağı” instrumental ansamblı və caz musiqiçiləri çıxış edəcəklər.

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, “Azərlotereya” ASC-nin və “Reform Group” MMC-nin tərəfdaşlığı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilati dəstəyi ilə keçiriləcək konsertdən əldə ediləcək vəsait işğaldan azad edilmiş ərazilərdə mədəniyyət obyektlərinin yenidən qurulmasına yönəldiləcək.

Qeyd edək ki, konsertin informasiya dəstəyi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətidir.

Bilet əldə etməklə “Qarabağ gecəsi”nin iştirakçılarından biri ola bilərsiniz.

(Bilet əldə etmək üçün linkə keçid edin: https://iticket.az/events/concerts/karabakh-night/120249)

Həmrəy olaq, Qarabağı birlikdə daha gözəl bərpa edək!

Ətraflı məlumat üçün 09:00-dan 18:00-dək 8112 qısa nömrəsi və ya (050) 379 19 00 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər