Bu sözləri jurnalistlərə açıqlamasında dünyaşöhrətli fotojurnalist Reza Deqati söyləyib.
Xocalının haqq səsini dünyaya çatdırmağı özünə borc bildiyini deyən R.Deqati qeyd edib: “Mən Xocalı faciəsinin xəbərini Fransada olan zaman aldım və dərhal oraya yollandım. Bu dəhşətli soyqırımı zamanı ciddi informasiya müharibəsi var idi. Erməni lobbisi bütün dünyaya bu faciəni fərqli formada təqdim etmişdi. Bir fotoqraf kimi mən insanlara necə haqsızlıq edildiyinin şahidi oldum və onları fotolentimin yaddaşına köçürdüm. Onların başına gətirilənləri bütün dünyaya çatdırmaq mənim ömürlük vəzifəmdir. Artıq ədalət öz yerini tapıb. 30 ilə yaxın vətən həsrətinə son qoyulub. İki ildir ki, “Xocalı şahidi” adlı veb-sayt yaratmışam. Saytın vasitəsilə həmin faciənin fotolarını dünyaya çatdırıram”. (AZƏRTAC)