Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.
“Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir. Biz şadıq ki, Qarabağın incisinin belə möhtəşəm tədbir və festivallara yenidən ev sahibliyi etdiyi günləri görə bildik. Bunu Prezident, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuza borcluyuq”, - deyə Anar bildirib. (AZƏRTAC)