25.04.2025, 02:57
AZ EN
20.03.2023, 12:04 229

Şanlı qəhrəmanlıq tarixi yazan qazimiz

XƏBƏRLƏR

Bəxtinə məcburi köçkünlük həyatı yazılan igidlərimizdən biri də Nemət Əli oğlu Qəhrəmanovdur. O, 27 dekabr 1994-cü ildə İmişlidə anadan olmuşdur. Nemət İmişlidəki 8 saylı Cəbrayıl rayon tam orta məktəbində oxumuş, orta təhsillidir. Orta məktəbdən sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında qulluq keçmişdir. Bir gizir kimi Vətən müharibəsində döyüşən N. Qəhrəmanov Qubadlı və Füzuli istiqamətində vuruşmuşdur. Döyüşlərin birində - Füzuli rayonunun Yuxarı Veysəlli kəndində yaralanmışdır. Birinci dərəcəli əlildir. Ailəlidir, iki övladı var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

İsa MUSAYEV

Oxşar xəbərlər