19.10.2024, 18:21
AZ EN
27.04.2024, 16:17 146

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

XƏBƏRLƏR
  • Bu gün Maliyyə Nazirliyinin kollektivi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Bakı şəhərinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, ekokönüllülərin iştirakı ilə keçirilən aksiyada ərazinin torpaq-iqlim şəraitinə uyğun 1300-dən çox müxtəlif növ ağac əkilib.

Həmçinin onların küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, suvarma işləri görülüb. (AZƏRTAC)

Oxşar xəbərlər