25.04.2024, 21:32
AZ EN
15.03.2023, 10:44 168

ABA sədri: Azad edilmiş ərazilərdə ağacəkmə prosesinə başlanılacaq

XƏBƏRLƏR
  • İşğaldan azadedilmiş ərazilərdə ağacəkmə prosesinə başlanılacaq.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

Zakir Nuriyev bildirib ki, Azərbaycan maliyyə sektoru Mərkəzi Bankın təşəbbüsü ilə 2023-cü ildən başlayaraq hər il 100 min olmaqla on il ərzində bir milyon ağac əkilməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə memorandum imzalayıb: "Bununla bağlı maliyyə sektorunda təmsil olunan bütün birliklər, o cümlədən Azərbaycan Banklar Assosiasiyasının iştirakı ilə bu tədbirlərə start verilib. Ərazilərin seçilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən ediləcək. Biz düşünük ki, artıq bu ilin aprel-may aylarında prosesə başlayacağıq. Bütün ölkə ərazisində bu iş davam edəcək". (APA)

Oxşar xəbərlər