"Vətən səsi" xəbər verir ki, bunu idman avadanlıqları istehsalçısı olan “Pro sport” şirkətinin nümayəndəsi Aytən Quliyeva deyib. Onun sözlərinə görə, şirkətin “Made in Azerbaijan” brendi altında istehsal etdiyi avadanlıqlardan Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri zamanı geniş istifadə olunur: "Şirkətimiz 15 ildir ki, müxtəlif növ idman alətləri, fitnes avadanlıqları istehsal edir. Bütünlüklə yerli məhsul olan həmin avadanlıqlardan istifadə etməklə Laçın, Kəlbəcər və Zəngilanda müxtəlif layihələrin həyata keçirilməsində iştirak edirik. Hazırda bərpa və yenidənqurma işlərinin aparıldığı hər üç rayonda bizim şirkət də işlər görürük. Eyni zamanda dövlət müəssisələri üçün də idman meydançaları qurmuşuq".
Aytən Quliyeva onu da bildirib ki, “Pro sport” öz məhsullarını xarici bazarlara da çıxarmağı planlaşdırır.
Elxan SALAHOV