09.06.2025, 17:08
AZ EN
03.03.2023, 16:53 202

Düşmənə göz dağı olan qazi

XƏBƏRLƏR

Atalar yaxşı deyiblər: "Ət yeyən quş dimdiyindən bəllidir". Bu atalar sözü tez-tez misal çəkilir. Hər bir bacarıqlı, fərasətli adama bu misal lap yerinə düşür. Bugünkü qəhrəmanımız da kiçik yaşlarından özünü belə tanıda bilmişdir. Elşən Sərvər oğlu Məmmədov 05 may 1996-cı ildə Füzuli rayonunun Govşadlı kəndində dünyaya gəlmişdir. Onun gəlişi ailələrinə hədsiz sevinc bəxş etmişdir. Hələ kiçik yaşlarından tay-tuşları arasında seçilirdi. Bunu həyat da sübut elədi. Elşən Füzuli rayonu Qayıdış qəsəbə 1 saylı tam orta məktəbdə oxumuş, orta təhsillidir. Təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. E.Məmmədov Vətən müharibəsində Xocavənd, Şuşa, Füzuli, Cəbrayıl rayonları uğrunda döyüşmüşdür. O, böyük qürur hissi ilə bildirir ki, torpaqlarımızın işğaldan azad olunmasında onun da payı var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Elşən Sərvər oğlu Məmmədov "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. O, 3-cü dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər