10.10.2025, 08:50
AZ EN
11.08.2025, 08:35 236

DİN: Zəngilanda yanğın törədən şəxs müəyyən edilib

XƏBƏRLƏR
  • Avqustun 10-da Zəngilan şəhəri ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.

Hadisə nəticəsində 5 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb. Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb. Faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir. (AZƏRTAC)

Oxşar xəbərlər