Bu fikirləri Avropa Ravvinləri Konfransının prezidenti, Avropada Təhlükəsizlik və Dini Azadlıq İnstitutunun təmsilçisi Pinşa Qoldşmid (Pinchas Goldschmidt) söyləyib.
O qeyd edib ki, Azərbaycan tərəfindən Brüsseldə təşkil olunan “Təhlükəsiz dünya naminə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda konfransın dini azadlıq uğrunda mübarizə aparan ekspertləri bir araya gətirməsi son dərəcə əhəmiyyətlidir.
“Bu konfrans Avropada dini azadlıq və tolerantlıq üzrə fəaliyyət göstərən bütün qüvvələri bir araya gətirib. Konfransda tolerantlıq və etiqad azadlığı ilə bağlı fikir mübadiləsi aparıldı, bu istiqamətdə fəaliyyətin konkret yolları müəyyən edildi. Bu, çox əhəmiyyətlidir”, - deyə P.Qoldşmid qeyd edib. (AZƏRTAC)