21.09.2024, 09:48
AZ EN
17.01.2023, 09:10 303

19 yaşında tarix yazan əsgər

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanın mərd oğullarından biri, Vətən müharibəsi şəhidi İlqar Yaşar oğlu Hüseynovun doğum günüdür.

O, 2001-ci il yanvarın 17-də Qazax şəhərində anadan olub. 2007-ci ildə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin 1-ci sinfinə daxil olub. 9-cu sinfi bitirdikdən sonra Qazax Dövlət Sosial-İqtisadi Kollecinin elektrik təchizatı ixtisasına qəbul edilib. İlqar hərbi xidmətini Ağdam rayonunun Xındırıstan kəndində keçirirdi. 2020-ci sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində İlqar da mərd bir əsgər kimi Vətənin müdafiəsinə qoşulur.

2020-ci il sentyabrın 28-də Ağdam rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən artilleriya batareyasının əsgəri Hüseynov İlqar qəhrəmancasına şəhid olur. Şəhidimiz doğma Qazax rayonundakı Şəhidlər Xiyabanında böyük bir izdiham və ehtiramla dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən İlqar Hüseynov ölümündən sonra "Vətən müharibəsi iştirakcısı", "Ağdamın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

İlqar Vətən uğrunda şəhadətə ucalanda onun cəmi 19 yaşı vardı. Amma o, Zəfər tariximizə adını qızıl hərflərlə yazmağı bacardı.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, İlqar balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər