Bunu jurnalistlərə açıqlamasında faciə şahidi Mehriban Bəkirova söyləyib.
“Ermənilərin mənə qəddarcasına rəftarı nəticəsində qucağımda olan körpəm yerə düşərək şikəst qaldı. Yaxınlarım, qohumlarım isə həmin dəhşətli gecədə qətlə yetirildi”, - deyə faciə şahidi bildirib.
Allahverdi Bağırovun köməyi ilə əsirlikdən geri qaytarıldıqlarını deyən Mehriban Bəkirova əlavə edib: “Bizi gəlib üç yaşlı körpəmlə tapdılar. Onlar mənim uşağımın xəstə olduğunu gördülər. Dedilər ki, gedək, uşağını da aparıb sağaldacağıq. Bizi Xocalıdan Əsgərana, oradan isə Ağdama aparmaq üçün çıxardılar. Şikəst olan uşağım 2011-ci ildə 19 yaşında vəfat etdi. Hazırda isə Goranboyda məskunlaşmışam”. (AZƏRTAC)