"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 km, yan yollarla birlikdə 140,6 km-dir. Layihə üzrə 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 469 ədəd mühəndis qurğusu, (41 ədəd körpü, 22 ədəd avtomobil keçidi, 3 ədəd tunel, 2 ədəd qalereya, 4 ədəd heyvan keçidi, 253 ədəd suötürücü boru və 144 ədəd ehtiyat keçidi), 70 ədəd yoldəyişən, 110.4 km rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulub.
Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə ölkə Prezidentinin 13.03.2021-ci il tarixli Sərəncamına əsasən başlanılıb. (Trend)