25.04.2025, 09:01
AZ EN
05.12.2022, 17:25 573

Qardaş ölkədə “Əsrarəngiz Azərbaycan” verilişi yayımlanacaq

XƏBƏRLƏR
  • Türkiyədə məşhur NTV kanalında ölkəmiz haqqında verilişlər yayımlanacaq.

“Türkiyədən çıxıb, təbii ilk gəldiyim yer qardaş ölkəmiz Azərbaycandır. İkinci Vətənimiz Azərbaycan hər zaman ağlımda olub. Bu da təbii ki, qardaş ölkə olduğu üçündür”,-bu sözləri Esra Gəzginci deyib.

Türkiyənin NTV kanalında “Əsrarəngiz Azərbaycan” adlı yeni layihəyə start verilib. Kanalın səyahət verilişinin layihə rəhbəri və aparıcısı Esra Gəzginci bütün Azərbaycanı gəzərək ölkəmiz haqqında maraqlı məlumatları bir mövsümlü layihəyə sığdıra bilib.

“Qarabağı çəkmək məni çox təsirləndirdi. Çünki orda Vətən uğrunda çox sayda şəhidlər vermişik”, - deyən Esra Gəzginci sonra bildirib ki, Şuşada, Ağdamda, Füzulidə,  Azıx mağarasında olduğum zaman çox duyğulandım, yəni, buralar mənə çox doğma gəldi. Burdan sonra Bakını, Naftalanı çəkdik, Xudafərin körpüsünü çəkdik. Bir sezon dolu çəkdik. Əslində, bu yerlərin hamısı mənim üçün çox dəyərlidir. Amma təbii ki, Qarabağın ayrı bir yeri var məndə. Onu da deyim ki, oraları çəkmək bu aralarda çox çətindir, heç də asan olmadı. Lakin o sevgi, inanc, bağlılıq sayəsində çox gözəl proqramlar hazırladıq.

Qeyd edək ki, veriliş həftənin  bazar günləri Türkiyənin  NTV kanalında yayımlanır. İlk veriliş Bakıya həsr olunub. Növbəti verilişlərdə isə tamaşaçılara Qarabağ çəkilişləri təqdim ediləcək. 

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər