24.04.2025, 18:15
AZ EN
09.02.2023, 14:00 573

Azərbaycanda və Türkiyədə gündəm olan Sərvətimiz

XƏBƏRLƏR
  • Bu gün yenə birlik günümüzdür. Türkiyədə baş vermiş məlum zəlzələnin fəsadları 3 gündür bütün dünyada gündəmə çevrilib. Bütün türk dünyası təbii fəlakətdə həyatlarını itirən türk qardaşlarımız üçün böyük üzüntü içində olmaqla yanaşı, yaralılara, sağ qalanlara əlindən gələn köməyi etməyə çalışır.

Dünəndən Azərbaycanda və Türkiyədə sosial şəbəkələrdə gündəm olan bir şəkil televiziyalarımızdan da yan keçmədi. İctimai Televiziyadan öyrəndik ki, həmin şəklin müəllifi Elvin Əliyevdir. O təsadüfən yolda gedərkən bir köhnə maşının üstündə yorğan-döşək, yük yerində isə bağlamalar şəklində yardımı görüncə ayaq saxlayıb. Maşının üstündən türk bayrağının da asılması bu köhnə, sadə maşına ayrıca doğma bir görkəm verib. Sonra öyrəndik ki, yardım aparan Sərvət adlı Laçın vətəndaşıdır və onlar yataqxanada yaşayırlar. Onu da qeyd edək ki, Sərvət efirdəki müzakirələrə qatılmayıb, deyib ki, o bu kiçik yardımı özünü reklam üçün deyil, türk qardaşlarımıza az da olsa çətin günlərdə dəstək olmaq üçün edib. Televiziyamızda deyildiyi kimi, doğrudan da, Sərvət kimi insanlarımız Vətənimizin sərvətidir.

Onu da əlavə edək ki, Azərbaycanda bu gün uşaqdan böyüyə hamımız zəlzələdən zərər çəkmiş  türk qardaşlarımızın yanındayıq. Necə ki, təqaüddə olan o nurani kişinin dediyi kimi: “İndi bunları gətirmişəm, təqaüdümü alım, yenə də, yardım edəcəyəm”.    

Mina RƏŞİD

Oxşar xəbərlər