22.12.2024, 22:07
AZ EN
09.12.2024, 14:32 247

“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində “Eko təşəbbüslər” günü keçirilib

XƏBƏRLƏR
  • “Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində “Eko təşəbbüslər” günü keçirilib.

“Azərbaycan Könüllülük Həftəsi 2024” layihəsi çərçivəsində ölkə gənclərinin sosial məsuliyyəti, ictimai həyatda iştirakçılığı və könüllülük mədəniyyətinin inkişafı, eləcə də ətraf mühitin qorunmasında həmrəyliyin artırılmasına yönələn 12 istiqamət üzrə fəaliyyət davam etdirilir.

“Könüllülük Həftəsi” ərzində keçirilən tədbir və layihələrin həsr olunduğu istiqamətlərdən biri də könüllülər arasında ekoloji məsuliyyətliliyin gücləndirilməsi, ekoloji problemlərin həlli və cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin artırılmasına həsr olunan “Eko təşəbbüslər” günüdür.

Bu gün çərçivəsində könüllülər eko çağırışları əhatə edən “Könüllülərdən Eco Challenge”, “Yaşıl fidanlar” ağacəkmə aksiyası, sahibsiz heyvanlara yardım və qayğı göstərmək məqsədli “Könüllülərin sahibsiz heyvanlarla bir günü” adlı layihəsi həyata keçirilib.

Həmçinin könüllülərin iştirakı ilə küçə heyvanları üçün sığınacaqların hazırlanması eko-masterklası baş tutub. “Eko təşəbbüslər” günü çərçivəsində Azərbaycan xalq tətbiqi sənətinin dəyərli nümunəsi olan xalçaçılıq sənətinin təbliği və gənclərin bu sahəyə marağının artırılması məqsədilə “Bir ilmə, bir könüllü” adlı eko-masterklas da həyata keçiriləcək.

Bu tədbirin yekununda hər bir könüllünün bir ilmə atacağı “Azərbaycan Könüllülük Həftəsi”ni simvolizə edən xalça toxunulacaq. Eko-masterklasın məqsədi könüllülük dəyərlərinin bədii ifadəsi olmaqla yanaşı, həm də Azərbaycanın milli-mədəni irsinə verilən böyük töhfədir.

Qeyd edək ki, “Könüllülük Həftəsi” Azərbaycan Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN Xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilir. (Report)

Oxşar xəbərlər