02.06.2025, 15:49
AZ EN
03.02.2023, 15:59 410

Sumqayıtda Qubadlı sakinləri ilə səyyar qəbul keçirilib

XƏBƏRLƏR
  • Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Sumqayıt şəhərində yerləşən Şahbaz Kərimov adına Çərəli kənd tam orta məktəbində sakinlərin növbəti səyyar qəbulunu keçirib.

Görüşdə RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.

Qəbul zamanı sakinlərin müxtəlif problemləri ilə bağlı müraciətləri dinlənilib. Onlardan bəziləri yerində həll edilib, bir neçəsi baxılması üçün nəzarətə götürülüb, iki məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.

Daha sonra rayon İH-nin başçısı Malik İsaqov məktəb kollektivi ilə görüşərək onların müraciətlərini dinləyib.

Sonda sakinlər 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə, eləcə də onlara göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Mina RƏŞİD

Oxşar xəbərlər