22.11.2024, 08:51
AZ EN
24.01.2023, 09:00 327

Bu gün Beynəlxalq Təhsil Günüdür

XƏBƏRLƏR
  • Hər il yanvar ayının 24-ü dünyada Beynəlxalq Təhsil Günü kimi qeyd edilir. Təşkilatın bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədi daşıyır.

2015-ci ilin sentyabr ayında BMT-nin üzv dövlətləri bəşəriyyətin xilası naminə Qlobal Məqsədlərlə bağlı bir razılaşma sazişi imzaladılar və bütün üzv dövlətlər tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədləri adlı prioritet müəyyən olundu. İnsanları hərtərəfli, ədalətli və keyfiyyətli təhsillə təmin etmək və hamı üçün bütün həyatı boyu təhsil imkanının qazandırılması üçün 17 məqsədin biri də “Keyfiyyətli təhsil” məqsədi idi. Həmçinin digər məqsədlərin də hər birinin uğur qazanması üçün təhsilin önəmli olduğu qeyd edilirdi.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qlobal sülhün və dayanıqlı inkişafın təmin edilməsində təhsilin rolunun vacibliyini qeyd edərək 3 dekabr 2018-ci ildə 24 yanvar tarixinin “Beynəlxalq Təhsil Günü” elan edilməsi barədə qətnamə qəbul etməsindən sonra dünya dövlətləri təhsilə diqqət və qayğını daha da artırmış oldu.

Azərbaycanda da təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, indi ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR