Türkiyə Ali Təhsil Şurası (YÖK) tərəfindən Cümhuriyyət Külliyəsində təşkil olunan tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək yenin tədris ilində akademik heyətə və tələbələrə uğurlar arzu edib. Ərdoğan YÖK-ün 2024-cü il Üstün Müvəffəqiyyət Mükafatlarının veriləcəyi elm adamlarını və universitetləri təbrik edib.
Səfər çərçivəsində Şahin Bayramov Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyevlə birlikdə Ankara Hacı Bayram Veli Üniversitetində (AHBVÜ) olub. Rektor AHBVÜ-nin rektoru Prof. Dr. Mehmet Naci Bostancı ilə görüşərək universitetlər arasında potensial əməkdaşlıq imkanlarını müzakirə edib, həmçinin bir sıra məsələlərdə ilkin razılığa gəlinib.
Qeyd edək ki, Şahin Bayramov Qarabağ Universitetinin rektoru statusunda ilk rəsmi səfərini Türkiyəyə edib.
Tahirə AĞAMİRZƏ