22.11.2024, 17:48
AZ EN
17.09.2024, 10:47 261

Bu gün Ümumdünya Pasiyentlərin Təhlükəsizliyi Günüdür

XƏBƏRLƏR
  • Hər il tibbi yardım göstərilməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmadığına görə, dünyada milyonlarla pasiyent zərər görür. Aşağı və orta gəlir səviyyəsi olan ölkələrdə isə həmin qaydalara əməl olunmdığına görə 2,6 milyon nəfər həlak olur. Dünya miqyasında pasiyentlərə vurulan zərərin sosial və iqtisadi fəsadları bir neçə trilyon dollarla ölçülür.

2019-cu ilin mayında Ümumdünya Səhiyyə Assambleyasının 72-ci sessiyasında sentyabrın 17-si Ümumdünya Pasiyentlərin Təhlükəsizliyi Günü kimi təsis olunub.

Heç kəsə sirr deyil ki, insanlara tibbi yardım göstərmək çox vaxt seçilmiş müalicə metodundan asılı olmayaraq xəstənin müalicəsinin uğur dərəcəsi ilə xarakterizə olunan müəyyən risklərlə - cərrahi müdaxilə, dərman və s. ilə əlaqələndirilir. Müalicə uğurlu və ya uğursuz ola, xəstənin sağlamlığına mənfi təsir göstərə bilər. Həkimlərin diqqətini çəkən əsas məsələlərdən biri bu cür risklərin qarşısının alınması və ya maksimum dərəcədə azaldılmasıdır.

Statistik hesablamalar göstərir ki, yalnız xəstəxanalarda hər onuncu xəstə üçün tibbi yardım göstərilməsi zamanı sağlamlığa zərər vurma riski mümkündür. Üstəlik xəstənin sağlamlığı üçün riskə səbəb olan amillərin təxminən yarısının qarşısını almaq və ya aradan qaldırmaq olar. Ümumdünya Səhiyyə Təşkilatı insan ölümünə səbəb olan riskləri müqayisə edərkən onu da vurğulayır ki, təyyarə qəzası nəticəsində ölüm riski tibbi yardım göstərilməsi zamanı qarşısı alına bilən qəza nəticəsində ölüm riskindən təxminən 10 min dəfə azdır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər