Bu barədə AMEA-nın Tarix və Etnologiya İnstitutunun Azərbaycanın VII-XIV əsrlər tarixi şöbəsinin müdiri akademik Nərgiz Axundova söyləyib.
Akademik deyib: “Böyük Zəfərdən sonra isə Qarabağ tarixinin daha ətraflı, dərindən öyrənilməsi həm də siyasi-ictimai əhəmiyyət daşımağa başladı və həmin tarixin bütün aspektlərinin müasirlik nöqteyi-nəzərdən araşdırılmasına ehtiyac duyuldu. Hazırda Qarabağın qədim türk yurdu olması, burada qədim dövrlərdən mövcud olan dövlətlərin, əsasən də Albaniyanın tarixi araşdırılır, bu ərazidə dini müxtəlifliyin səbəbləri dərindən öyrənilir. İkinci Qarabağ müharibəsi, əbədi və əzəli torpaqlarımızın işğaldan azad edilməsi, o cümlədən Böyük Qayıdışın tarixinin öyrənilməsi hazırda alimlərimizin qarşısında duran əsas vəzifələrdəndir. Düşünürəm ki, bu istiqamətdə aparılan elmi axtarışlar Qarabağ tarixini zənginləşdirəcək və tarix elmində yeni perspektivlər açacaq”. (AZƏRTAC)