20.09.2024, 02:05
AZ EN
17.01.2023, 11:32 204

Füzulilər böyük qayıdışı səbrsizliklə gözləyirlər

XƏBƏRLƏR
  • Artıq illərin həsrəti bitir. Azərbaycan böyük bir tarix yaşayır. Bu tarixi bizə yaşadan şəhidlərimiz rahat uyusun, ordumuz və Cənab Prezidentimiz sağ olsun. Qarabağa böyük qayıdış başlanır. Digər qarabağlılar kimi füzulilər də həsrətlə böyük qayıdışı gözləyir. Füzuli Azərbaycanın ayrılmaz bir hissəsidir. Neçə-neçə qəhrəmanlar yetirmiş bu qəhrəman torpaq böyük Vətən müharibəsində də böyük qəhrəmanlıq göstərdi. Həm arxa cəbhədə, həm də ön cəbhədə dövlətinə dəstək oldu. Müharibənin çətin sınağından üzü ağ çıxdı. Köçkünlük illərinin ən ağrılı günlərinə dözdü, amma ümidini itirmədi, dövlətinə, onun  başçısına, ordusuna güvəndi, əmin oldu ki, bir gün həsrət bitəcək, haqlı olan qazanacaq, haqq öz yerini tapacaq. O gün bu gündür ki, artıq illərdir doğma yurdundan ayrı düşən, çadırlarda, vaqonlarda məskunlaşan, çətin həyat keçirən bu insanlar üçün yeni həyat başlanır.

Azərbaycanımızın böyük qələbəsindən sonra bu yeni həyata ümid, həvəs daha da artdı. Dövlətimiz bu sahədə çox böyük işlər görməyə başladı, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə başlanıldı. Hal-hazırda Füzulidə çox böyük işlər görülür. Cənab prezidentin və birinci xanım Mehriban xanım Əliyevanın Füzuli şəhərinə tez-tez səfərləri zamanı məlum oldu ki, işğaldan azad olunmuş ərazilərdə və Füzulidə yenidənqurma işləri sistemli şəkildə həyata keçirilir. Füzuli Beynəlxalq Hava Limanının tikilməsi, Aşağı Köndələnçay su anbarının yenidən istifadəsi, Əhmədbəyli-Füzuli-Şuşa yolunun və Zəfər yolunun inşası, yeni yaşayış binalarının tikilməsi füzulilər üçün böyük bir sevincdir. Buna görə də füzulilər ölkə başçısı cənab İlham Əliyevə hər zaman minnətdar olacaqlar. Müzəffər ordu, xalq, Ali Baş Komandan birliyinin nəticəsi olaraq Füzulidə və bütün Qarabağda, o cümlədən Azərbaycanda həyat yenidən qurulacaq, insanlar xoşbəxt həyatına davam edəcəklər. Füzulilər əmindir ki, tezliklə bütün yenidənqurma işləri yekunlaşacaq qarabağlılar və füzulilər öz dədə- baba torpaqlarında rahat həyat sürəcək, ordusuna, dövlətinə daim minnətdar olacaq və ölkə başçısının ətrafında həmişə sıx birləşəcəklər.

Bu fikirləri Füzuli rayon Əhmədalılar kənd tam orta məktəbinin  müəllimi Quliyeva Şəlalə Əli qızı Füzuli RİH-nin feyzbuk sosial şəbəkəsində paylaşıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR