23.06.2025, 05:29
AZ EN
12.04.2022, 16:15 481

“Münaqişə jurnalistikası: Azərbaycan jurnalistləri üçün bələdçi kitab” hazırlanıb

XƏBƏRLƏR

Avropa Şurasının (AŞ) dəstəyi ilə “Münaqişə jurnalistikası: Azərbaycan jurnalistləri üçün bələdçi kitab” hazırlanıb.

Vəsait Avropa Şurasının “Azərbaycan mediasında gender bərabərliyi və digər etnik standartların təşviqi” layihəsi çərçivəsində ərsəyə gəlib.

Bələdçi kitab münaqişənin təsirinə məruz qalmış ölkələrdən olan media təmsilçilərinin münaqişə təlimlərinə qatılaraq öz fəaliyyətlərində tətbiq və faydalı hesab etdikləri əsas fikirlərin toplusudur.

Yeddi hissədən ibarət kitabda oxuculara öz fikirlərini bildirmələri üçün də yer ayrılıb.

Qeyd edək ki, kitabın müəllifləri Cənubi Afrika Rods Universitetinin Jurnalistika və media tədqiqatları məktəbinin elmi işçisi Piter Dü Toi və Azərbaycanda müstəqil jurnalist, tədqiqatçı və münaqişələrin işıqlandırılması üzrə ekspert Seymur Kazımovdur. (AZƏRTAC)

Oxşar xəbərlər