Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Belə ki, aksiya iştirakçıları növbəti dəfə də bu mövqeni nümayiş etdirərək sülhməramlılara məxsus təminat avtomobilinin sərbəst şəkildə hərəkət etməsinə şərait yaradıblar.
Rusiya sülhməramlılarına məxsus 3 ədəd təminat yükü daşıyan maşın Xankəndi istiqamətindən Laçın istiqamətinə doğru aksiyanın olduğu yerdən sərbəst keçid edib. Aksiya iştirakçıları buna tam şərait yaradıblar. Bu, bir daha onu göstərir ki, yolu məhz Rusiya sülhməramlıları bağlayıb. ("Report")