22.11.2024, 19:34
AZ EN
24.11.2022, 16:15 342

Qarabağ qazisi olan jurnalist vəfat edib

XƏBƏRLƏR
  • Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat xidmətinin rəhbəri, jurnalist, Qarabağ qazisi Xəqani Rzaquliyev vəfat edib.

Xəqani Rzaquliyev 1963-cü il noyabr ayının 9-da Ağdərə rayonunun Xatınbəyli kəndində anadan olub. 1978-1982-ci illərdə Şuşa şəhəri Mədəni Maarif Məktəbini, 1994-cü ildə isə Bakı Dövlət Ünverstetinin jurnalistika fakültəsini bitirib. O, 1982-1984- cü illərdə Ukrayna respublikasında yerləşən hərbi hissədə mühəndis-istehkamçı kimi müddətli həqqi hərbi xidmətdə olub. Müxtəlif illərdə, müxtəlif vəzifələrdə - Ağdərə rayonunun Gəncxana qəsəbəsində məktəb direktoru (1984-1987), Ağdərə rayonunun Xatınbəyli kəndində hərbi rəhbər (1987-1989), "Gənclik" jurnalında ədəbi işçi və şöbə müdiri (1989-1994) vəzifələrində çalışıb. 

X.Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaradılmasında fəal iştirak edib. O, Birinci Qarabağ müharibəsində vuruşub. 1992-ci il mart ayının 12-də müharibədə ağır yaralanıb.

Allah rəhmət eləsin.

Mina RƏŞİD

Oxşar xəbərlər