Bu sözləri Cəbrayıl rayonunun Horovlu kəndinə qayıdan keçmiş məcburi köçkün Sara Əliyeva deyib.
O, xatırladıb ki, kəndi gənc yaşlarında tərk etməyə məcbur olub: "Kəndimizi məcburi tərk edəndə 22 yaşım vardı. İndi 55 yaşımda qayıdıram. Uzun illər sonra. Çox şadam. Allah Prezidentimizə uzun ömür, can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun.
İnşallah ora sağ-salamat çatarıq, can sağlığı ilə yaşayarıq".
"Torpaqlarımız işğaldan azad olunduqdan sonra Cəbrayılda bir dəfə olmuşam. Çox darıxmışam. Yurd başqa şeydir. Cəbrayıldan 4 övladımla məcburi köçkün düşmüşdüm, indi 8 nəvəmlə qayıdıram", - S.Əliyeva sevincini belə büruzə verib. (Report)