Qəlbimizdə uzun illər həsrətini çəkdiyimiz yurd yerlərimiz Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə öz azadlığına qovuşdu. Bu işdə hər bir azərbaycanlı öz canını, qanını əsirgəmədi. Onlardan biri də Mürşüd Vəli oğlu Quliyevdir. Mürşüd 1 iyul 1997-ci ildə Ağdam rayonunun Zəngişalı kəndində anadan olmuşdur. Elə doğma kəndində də tam orta məktəbi başa vurmuşdur. Məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət yolu keçmişdir. 44 günlük Vətən müharibəsində bir əsgər kimi M.Quliyev Tərtər, Suqovuşan və Ağdam istiqamətində döyüşmüşdür. 10 oktyabr 2020-ci ildə Suqovuşanda yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ona "Ağdamın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları verilmişdir. Üçüncü dərəcəli əlildir.
İsa Musayev