Dünyanın müxtəlif universitetlərində, akademiyalarında və tədqiqat institutlarında çalışan gənc tədqiqatçılar bu platformada bir araya gələcək. Onlar son elmi nailiyyətləri və təcrübələri bölüşəcəklər. Eyni zamanda, müxtəlif elmi sahələrdə qarşıya çıxan problemlər təhlil ediləcək, onların həlli yolları üçün təkliflər irəli sürüləcək, bütövlükdə gənclərdə elmə həvəsin artırılması təşviq olunacaq.
Hazırladı: Mina RƏŞİD