07.02.2026, 03:41
AZ EN
30.01.2026, 12:39 235

Kərkicahan sakini: "Sevincliyəm ki, övladlarımız doğma yurda təhlükəsiz və gülərək qayıdırlar"

XƏBƏRLƏR
  • Xankəndiyə qayıdan Kərkicahan qəsəbə sakini Kamil Rəsulov 22 yaşında çıxdığı doğma yurduna 7 ailə üzvü ilə qayıtmaq sevincini yaşayır.

K.Rəsulov qeyd edib ki, hisslərini sözlə ifadə etməkdə çətinlik çəkir.

O qeyd edib ki, Xankəndidən çıxanda 22 yaşı olub: "Buradan çox çətin və acınacaqlı şəkildə çıxdıq. Bu gün artıq 7 ailə üzvümlə birgə doğma yurduma dönürəm. Həm də sevincliyəm ki, övladlarımız kəndimizə təhlükəsiz və gülərək qayıdırlar. Prezident İlham Əliyevə ailəm adından təşəkkürümü çatdırıram". (Report)

Oxşar xəbərlər