Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, bayram günlərinin təhlükəsizlik şəraitdə keçirilməsi məqsədilə paytaxtın mərkəzi küçə və prospektlərində, xüsusəndə Azneft, Dənizkənarı bulvar - Neftçilər prospekti boyunca kəsişən digər yollarda avtomobillərin intensiv hərəkətini nəzərə alıb şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi və ən əsası dayanma və durma tələblərinə ciddi şəkildə riayət edilməsi tövsiyə edilir. ("Trend")