25.04.2025, 03:29
AZ EN
29.12.2024, 13:35 199

Şəkidə Vətən müharibəsi iştirakçılarına həsr edilmiş kitabın təqdimatı keçirilib

XƏBƏRLƏR
  • Şəki şəhər Heydər Əliyev Mərkəzində "Vətən sizə oğul dedi" adlı  kitabın 1-ci və 2-ci hissəsinin təqdimatı keçirilib. Təqdimatda şəhid ailələri, qazilər, idarə və təşkilatların nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər. 

Qeyd edək ki, “Vətən sənə oğul dedi” kitabı "Vətən məcnunları" layihəsi çərçivəsində işıq üzünə çıxan silsilə kitabların növbəti sayıdır.  Layihənin ideya müəllifi və tərtibatçısı Şəki Tibb Kollecinin bölmə rəhbəri Pərvanə Məmmədova, redaktoru AYB-nin üzvü Şəfa Vəlidir. Kitablara ön sözləri Əkbər Qoşalı və Şəfa Vəli yazıb. 

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi haqqında, şəhid və qazilərin bu müharibədə göstərdiyi fədakarlıqları barədə söylədiyi fikirləri əks etdirən videoçarx nümayiş etdirilib. Çıxış edənlər Vətən müharibəsində qazanılan qələbədə igid oğullarımızın qəhrəmanlıqlarından, ordumuzun yenilməzliyindən, dünyanı heyrətə salan uğurlu hərbi əməliyyatlardan danışıblar. Vurğulanıb ki, Şəki Tibb Kollecinin tələbələrinin, məzunlarının və əməkdaşlarının qələmə aldığı kitab vətən aşiqləri olan qəhrəman oğulların rəşadətinə, vətənpərvərliyinə, hünərləriylə yazdıqları tarixə şahidlik edir, onları bizə daha yaxından tanıdır.  

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər