02.08.2025, 12:22
AZ EN
12.10.2022, 16:51 257

Son sutkada 68 yoluxma faktı qeydə alınıb

XƏBƏRLƏR
  • Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 68 yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 822 min 346 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 min 950 nəfər müalicə olunaraq sağalıb, 9 min 931 nəfər vəfat edib. Aktiv xəstə sayı 465 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 518, bu günə qədər isə ümumilikdə 7 milyon 280 min 330 test icra olunub.

Oktyabrın 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vurulan vaksin dozasının sayı isə 704 olub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 258, ikinci doza vaksinlərin sayı 167, üç və daha çox doza vaksinlərin sayı 236, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 43-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 899 min 677, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 386 min 18, ikinci mərhələ üzrə 4 milyon 869 min 236, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 382 min 157, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 266-dır.

Oxşar xəbərlər