07.02.2026, 10:21
AZ EN
21.01.2026, 07:11 119

Xankəndi sakini: Yurduma qayıtmağıma görə sevinc hissi keçirirəm

XƏBƏRLƏR
  • Yurduma qaytmağıma görə sevinc hissi keçirirəm.

Bunu Xankəndi sakini Familə Pəniyeva deyib.

O, qeyd edib ki, uzun illərdir həsrətində olduğu yurduna qayıtmağına sevinir:

"Xankəndidən 33 il əvvəl çıxmışdım. Yurdumuza qayıtmağımıza şərait yaratdığına görə Prezident İlham Əliyevə təşəkkür edirəm.

Evlərimiz püşkatma yolu ilə müəyyən edilib və bundan sonra təhlükəsiz şəraitdə yaşaya biləcəyik. Bir otaqlı mənzillə təmin edilmişəm. Oradan çıxanda çox çətinliklər yaşamışdıq, amma heç birimiz ümidimizi itirmədik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu günümüzə şükür olsun".

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

İlk mərhələdə Xankəndi şəhərinə 36 ailə - 162 nəfər köçürülüb. (Report)

Oxşar xəbərlər