01.05.2024, 03:02
AZ EN
02.04.2022, 10:40 114

Zəngilanın mədəniyyət işçiləri Aprel şəhidinin ailəsini ziyarət ediblər

XƏBƏRLƏR

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Zəngilan rayon nümayəndəliyinin əməkdaşları Aprel şəhidləri Rəşid Əliağa oğlu Baxşəliyev və Əbdülməcid Nadirşah oğlu Axundovun məzarlarını ziyarət ediblər.

Həmçinin şəhid Rəşid Baxşəliyevin ailəsi ziyarət edilib və maddi yardım göstərilib. Ailə üzvləri ilə söhbət zamanı şəhidimizin döyüş yoluna nəzər salınıb, qəhrəmanlığından danışılıb.

Rəşid Baxşəliyev ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. (AZƏRTAC)

Oxşar xəbərlər