Belə ki, gənc alimin üç elmi məqaləsi yüksək impakt faktoruna malik, nüfuzlu beynəlxalq jurnallarda dərc olunub. Onlardan birincisi - “Optimization of MWCNT Concentration in Polysiloxane-Based Nanocomposites for Enhanced Performance of the TENGs” adlı tədqiqat Q1 kvartallı, 4.4 impakt faktorlu “ACS Omega” jurnalında yer alıb. Araşdırma nanokompozit materialların optimallaşdırılması nəticəsində bərpa olunan enerji sahəsində tətbiq imkanlarının genişləndiyini göstərir.
İkinci məqalə - “Controlled dispersion of MWCNTs in polysiloxane nanocomposites for performance enhancement in triboelectric nanogenerators”, “Journal of Polymer Research” jurnalında (Q2 kvartallı, 2.8 impakt faktorlu) dərc olunub. Burada materialın daxili strukturu və enerji ötürmə xüsusiyyətlərinin stabilliyi ön plana çəkilir.
Üçüncü məqalə isə Q1 kvartilli “RSC Advances” jurnalında çap olunub. “Porous polysiloxane MWCNT nanocomposites for high-performance and scalable triboelectric nanogenerators” adlı bu tədqiqat məsaməli nanokompozitlərin enerji çıxışına təsiri və texnologiyanın effektivliyi ilə bağlıdır.
Qeyd edək ki, Qarabağ Universitetinin belə uğurları ali məktəbin elmi fəaliyyətinin yüksəldiyini göstərir və bu nailiyyətlər universitetin beynəlxalq reytinqlərdə mövqeyini gücləndirir.
Tahirə AĞAMİRZƏ