07.02.2026, 10:13
AZ EN
19.01.2026, 10:41 83

Zöhrab Cəfərov: Azadlıq uğrunda mübarizə xalqımızın dünyaya nümayiş etdirdiyi birlik idi

XƏBƏRLƏR
  • 36 il öncə Bakıda baş verən Qanlı Yanvar hadisələrinin canlı şahidlərindən biri də hazırda Ukraynanın Dnepr şəhərində yaşayan soydaşımız, “Azərbaycan-Ukrayna-Türkiyə” Alyansının rəhbəri Zöhrab Cəfərovdur.

Zöhrab Cəfərov açıqlamasında 20 Yanvar hadisələrindən danışarkən bildirib ki, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil aldığından o zaman baş verən proseslərin içində olub: “1990-cı ilin yanvarında Azərbaycanda baş verən qanlı hadisələr ədalət və azadlıq uğrunda mübarizədə xalqımızın dünyaya nümayiş etdirdiyi birlik idi. O dövrdə Bakı Dövlət Universitetinin tələbələrində də azadlıq, müstəqillik, mübarizlik eşqı yüksək idi. Ona görə də Vətənin müdafiəsində aktiv iştirak edirdilər. Sovet qoşunları Bakıya yeridilən zaman bir çox tələbələr kimi mən də azadlığımız uğrunda mübarizəyə qoşuldum. O zaman ağlımıza belə gəlməzdi ki, bir dövlətin ordusu öz vətəndaşlarına qarşı amansız olsun. Vətəndaşlarımızın əksəriyyəti hətta fövqəladə vəziyyətdən xəbərsiz idi”, - deyə Zöhrab Cəfərov əlavə edib.

O bildirib ki, 36 l əvvəl Azərbaycan xalqı bütün dünyaya əsl qəhrəmanlıq nümunəsi göstərdi: “20 Yanvar hadisələri xalqımızın azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış şanlı qəhrəmanlıq səhifələrindən biridir. Keçmiş SSRİ-nin çöküşü ərəfəsində xalqımıza qarşı törədilmiş bu bəşəri cinayət azadlıq mübarizəmizi elə beşikdəcə boğmaq cəhdi idi. Lakin Azərbaycan xalqının iradəsini sındıra bilmədilər”, - deyə Zöhrab Cəfərov qeyd edib. (AZƏRTAC)

 

Oxşar xəbərlər