23.12.2024, 16:38
AZ EN
05.12.2022, 09:15 369

Sinəsini sipər edən igid

XƏBƏRLƏR
  • Torpağı canından çox sevən oğullarımız zaman-zaman olub və bu gün də var, sabah da olacaq. Onlardan biri də Ağakişiyev Mahir Mustafa oğludur.

Mustafa, əslən, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir. Lakin işğalla əlaqədar olaraq Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 3 saylı çadır düşərgəsində 21 oktyabr 1998-ci ildə doğulub. 2005-ci ildə Cəbrayıl rayon 9 saylı tam orta məktəbin birinci sinfinə daxil olub və 2016-cı ildə orta təhsilini bitirib. Elə həmin ildə həqiqi hərbi xidmətə çağırılaraq Gədəbəy rayonundakı N saylı hərbi hissəyə göndərilib. 2018-ci ilin aprelində tərxis olunub. Lakin erməni təxribatçılarının 27 sentyabr 2020-ci ildə yenidən hücuma keçməsi və əks həmlə ilə üzləşməsi zamanı könüllü olaraq müharibəyə yollanıb. Vətən müharibəsinin ilk günündən Cəbrayıl, Füzuli, Xocavənd rayonları uğrunda gedən qızğın döyüşlərdə iştirak edib. 21 oktyabr 2020-ci ildə Xocavənd rayonu uğrunda gedən döyüşlərdə sol bazu sümüyündən, sol döş qəfəsindən qəlpə yarası, həmçinin kəllə-beyin travması alıb. Döyüş yoldaşları Pərviz, Təbriz, Murad, Rövşən, Elnur və Asəmlə birlikdə həmlə taborunda xidmət edib. Füzuli və Hacıqabul rayonlarının mərkəzi xəstəxanalarında, Ələt hospitalında müalicə olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə «Cəbrayılın azad olunmasına görə», «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif edilib.

Gənc qazimizə cansağlığı, xoş günlər arzulayırıq!

İsa MUSAYEV

Oxşar xəbərlər