20.10.2024, 17:08
AZ EN
28.02.2024, 08:15 269

Laçınlı sakini: Doğma yurduma qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

XƏBƏRLƏR
  • "Laçına qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur. Oradan gənc yaşlarımda ayrılmışam. Çox ağrılı-acılı günlər yaşamışıq. Allaha şükürlər olsun ki, çətin günlər geridə qaldı".

Bu sözləri Laçına qayıdan keçmiş məcburi köçkün Musayev Cavanşir söyləyib.

Ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşdıqlarını bildirən keçmiş məcburi köçkün deyib ki, Laçındakı xatirələrini unutmayıb, doğma el-obalarını görmək üçün səbirsizlənir.

"Bu gözəl günləri bizə yaşadan Prezidentimizə öz minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm", - deyə o vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər