18.01.2026, 06:34
AZ EN
16.01.2026, 14:32 212

İcra başçısı "Qobu Park"da Kəlbəcər sakinləri ilə görüşdü

XƏBƏRLƏR
  • Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Qaradağ rayonunun "Qobu Park-2" qəsəbəsində  həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Kəlbəcər rayon 17 nömrəli tam orta məktəbin inzibati  binasında keçirilən görüşdə icra hakimiyyətinin rəhbər şəxsləri və həmin ərazidə müvəqqəti məskunlaşmış sakinləri iştirak edib.

"Vətən səsi" xəbər verir ki, görüşdə prezident İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasətin xalqımıza bəxş etdiyi nailiyyətlərdən, işğaldan azad edilmiş ərazilərə “Böyük qayıdış” proqramının icrasından, eləcədə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət tədbirlərindən bəhs olunub. Daha sonra icra başçısı Azər Qocayev qəbulda iştirak edən sakinlərin müraciətlərini dinləyib.

Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilib.

Oxşar xəbərlər